Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. “Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura formal pilləyə çevrilib”
Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16 min 794 plan yeri ayrılıb, lakin 3 min 300-dən çox plan yeri boş qalıb!
Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər. Bu yerlər üçün nə tələbə var, nə də maraq.
Nəticədə həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir.
Bu, həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”.26 min 241 bakalavrdan 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstəribKamran Əsədov builki imtahan nəticələrinə də toxunaraq narahatlıq doğuran statistikanı diqqətə çatdırıb: “Bu il imtahanda iştirak edən 26 min 241 bakalavrdan 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstərib.
Bu, onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır.
O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır?
Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi? Elm və Təhsil Nazirliyi?”5 min 798 nəfər dövlət sifarişi ilə, amma 7 min 648 nəfər ödənişli əs