Icma.az
close
up
RU
“Magistratura formal pilləyə çevrilib” 3300 yer boş qalıb

“Magistratura formal pilləyə çevrilib” 3300 yer boş qalıb

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura formal pilləyə çevrilib”

Modern.az xəbər verir ki, bu fikirləri təhsil sahələri üzrə ekspert Kamran Əsədov özünün Feysbuk hesabında bildirib.
Ekspert qeyd edib ki, bu il magistraturaya qəbul nəticələri ali təhsilin planlaşdırılmasında ciddi problemlərin olduğunu bir daha üzə çıxarıb:

“Magistratura pilləsinə ixtisas seçimi edən 15 min 555 nəfərdən 13 min 446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16 min 794 plan yeri ayrılıb, lakin 3 min 300-dən çox plan yeri boş qalıb! Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər. Bu yerlər üçün nə tələbə var, nə də maraq. Nəticədə həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”.
26 min 241 bakalavrdan 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstərib
Kamran Əsədov builki imtahan nəticələrinə də toxunaraq narahatlıq doğuran statistikanı diqqətə çatdırıb:
“Bu il imtahanda iştirak edən 26 min 241 bakalavrdan 3 min 147 nəfəri 0–30 bal arası nəticə göstərib. Bu, onu göstərir ki, imtahanda verilən suallar universitetlərdə keçilən biliklərə əsaslanmır. O zaman bu sualları kim hazırlayır, hansı əsasla? Universitetlərdə verilən təhsil niyə bu imtahanda “keçərli” sayılmır? Bunu kim izah edəcək? Dövlət İmtahan Mərkəzi? Elm və Təhsil Nazirliyi?”
5 min 798 nəfər dövlət sifarişi ilə, amma 7 min 648 nəfər ödənişli əsaslarla oxuyacaq
Ekspert həmçinin qeyd edib ki, qəbul olunanların böyük hissəsi təhsili ödənişli əsaslarla davam etdirəcək:
“Qəbul olunanlardan 5 min 798 nəfər dövlət sifarişi ilə, amma 7 min 648 nəfər ödənişli əsaslarla oxuyacaq. Ödənişli təhsilin bu qədər yüksək olması həm sosial bərabərliyi pozur, həm də keyfiyyətsiz və kommersiya maraqlı bir sistemin davam etdiyini göstərir”.
Kamran Əsədov sonda vurğulayıb ki, magistratura pilləsi məqsəddən uzaqlaşıb və formal bir mərhələyə çevrilib. Onun fikrincə, bu vəziyyətə Elm və Təhsil Nazirliyi nəzarət etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri