Magistraturaya laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də t…
Icma.az bildirir, Redaktor.az portalına istinadən. "2024-2025-ci tədris ili üçün təxminən 3000-dən artıq magistratura üzrə boş yer qalmışdı.
Onlardan təxminən 1200-ü dövlət sifarişli idi. Halbuki dövlət sifarişli yerlər adətən heç vaxt boş qalmırdı.
Amma artıq magistraturaya qarşı olan laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də tam dolmur".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli magistratura təhsilinə marağın azalmasından danışarkən bildirdi.
Onun sözlərinə görə, əmək bazarında magistraturaya tələb yoxdur: "Məsələn, işəgötürənlərin heç biri magistratura diplomunu şərt kimi irəli sürmür.
Çünki bəzi ixtisaslar var ki, texniki fənlər, kompüter elmləri, dizayn sahələri, bu istiqamətlər üzrə işəgötürənlər magistratura pilləsini bitirməyi zəruri hesab etmirlər.
Ona görə də bu sahələrdə göstəricilər həmişə aşağı olub. Digər bir faktor isə odur ki, indiyədək Azərbaycan müharibə şəraitində idi və oğlan
İndi isə bu, onlar üçün cəlbedici deyil və bu faktor da öz rolunu oynayır".
Tam oxu
Xəbəri oxu