Icma.az
close
up
RU
Magistraturaya laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də tam dolmur

Magistraturaya laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də tam dolmur

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"2024-2025-ci tədris ili üçün təxminən 3000-dən artıq magistratura üzrə boş yer qalmışdı. Onlardan təxminən 1200-ü dövlət sifarişli idi. Halbuki dövlət sifarişli yerlər adətən heç vaxt boş qalmırdı. Amma artıq magistraturaya qarşı olan laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də tam dolmur".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli magistratura təhsilinə marağın azalmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, əmək bazarında magistraturaya tələb yoxdur:

"Məsələn, işəgötürənlərin heç biri magistratura diplomunu şərt kimi irəli sürmür. Çünki bəzi ixtisaslar var ki, texniki fənlər, kompüter elmləri, dizayn sahələri, bu istiqamətlər üzrə işəgötürənlər magistratura pilləsini bitirməyi zəruri hesab etmirlər. Ona görə də bu sahələrdə göstəricilər həmişə aşağı olub.

Digər bir faktor isə odur ki, indiyədək Azərbaycan müharibə şəraitində idi və oğlanların əksəriyyəti magistratura və doktorantura pilləsinə maraq göstərirdilər ki, hərbi xidmətdən möhlət hüququ qazansınlar. İndi isə bu, onlar üçün cəlbedici deyil və bu faktor da öz rolunu oynayır".

M.Məmmədli vurğuladı ki, Azərbaycanda elm dalınca getmək istəyənlərin sayı çox azdır:

"Bildiyiniz kimi, doktoranturadan əvvəlki mərhələ magistratura səviyyəsidir. Amma elm sahəsinə maraq olmadığından bu pilləyə qoşulanlar da azdır. Çünki motivasiya yoxdur. Onların diqqətini cəlb edəcək güzəştlər tətbiq olunmalıdır, lakin belə imkanlar yoxdur. Magistratura və bakalavr pillələrini bitirənlər əmək bazarında eyni maaş alırlar. İşəgötürənlər bu fərqi qiymətləndirmirlər. Buna görə də münasibət müəyyən mənada dəyişib. Digər tərəfdən, Azərbaycanda 51 universitet fəaliyyət göstərir. Ancaq bu universitetlərin hamısı elə standartlara cavab vermir ki, orada yüksək səviyyədə magistrlar yetişdirilsin. Elə özəl universitetlər var ki, onların qəbul planına baxanda adam təəccüblənir: bu qədər magistratura yeri haradandır axı? Halbuki bunun üçün müvafiq tədris, elmi-texniki, maddi-texniki baza olmalıdır. Təəssüf ki, belə neqativ hallar da magistraturanın prestijini aşağı salır. Yəni ümumilikdə, vəziyyətə fərqli yanaşmalar mövcuddur".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri