Mahir Emreli Bildə danışdı

10.12.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın "Bild" qəzeti növbəti dəfə "Nürnberq"in və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin açıqlamasına yer verib. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu qış fasiləsinə qədər keçiriləcək iki oyundan danışıb:

"Həqiqətən də rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır. Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. "Fyurt"la oyundan əvvəl  də ("Nürberq" 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq".

Qeyd edək ki, "Nürnberq" dekabrın 15-də 16-cı turda "Köln"lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda "Ayntraxt"ı (Braunşveyq) qəbul edəcək. Komanda hazırda 19 xalla 12-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью