Mahir Emreli Bildə danışdı
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Bild" qəzeti növbəti dəfə "Nürnberq"in və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin açıqlamasına yer verib. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu qış fasiləsinə qədər keçiriləcək iki oyundan danışıb:
"Həqiqətən də rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır. Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. "Fyurt"la oyundan əvvəl də ("Nürberq" 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq".
Qeyd edək ki, "Nürnberq" dekabrın 15-də 16-cı turda "Köln"lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda "Ayntraxt"ı (Braunşveyq) qəbul edəcək. Komanda hazırda 19 xalla 12-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Dekabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















