Mahir Emrəli: “Əgər anam bu qolu gözləyirsə, vuraram VİDEO İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İşin gülməli tərəfi burasıdır ki, hər zaman anamla bu barədə danışırdıq, amma indi deyəsən rəsmi açıqlama istəyir.
Hər zaman mən nəticəyə və üç xalı əldə etməyə daha çox önəm verirəm, bu mənim üçün ən vacibdir”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən “Nürnberq” klubunun futbolçusu Mahir Emreli klubun yutub kanalına açıqlamasında deyib.
Anasının ona ünvanlandığı suala Emrelinin cavabı maraqlı olub: “Əgər anam bu qolu gözləyirsə, ümid edirəm ki, “Elversberq” qarşısında beşinci və ya altıncı qolu vuraram, bilmirəm.
Əgər mənim ölkəmdə anan sənə bir şey tapşırıbsa, bunu dərhal etməlisən. Çünki əks halda evdə problemlər yaşayarsan.
Ümid edirəm ki, bunu edə biləcəm”. Futbolçumuz “Nürnberq”dəki məşqlərindən də bəhs edib: “Bu gün çox rahat idi, oyun bitdikdən sonra əsasən
Cümə günü oyunumuz var və əlimizdən gəldiyi qədər sürətli toparlanmağa çalışdıq”. Mahir klubdakı mövcud durumdan da danışıb.
Tam oxu
Xəbəri oxu