Icma.az
close
up
RU
Mahir Emrəli: “Əgər anam bu qolu gözləyirsə, vuraram VİDEO İdman və Biz

Mahir Emrəli: “Əgər anam bu qolu gözləyirsə, vuraram VİDEO İdman və Biz

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İşin gülməli tərəfi burasıdır ki, hər zaman anamla bu barədə danışırdıq, amma indi deyəsən rəsmi açıqlama istəyir. Hər zaman mən nəticəyə və üç xalı əldə etməyə daha çox önəm verirəm, bu mənim üçün ən vacibdir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin və Almaniyanın II Bundesliqasında çıxış edən “Nürnberq” klubunun futbolçusu Mahir Emreli klubun yutub kanalına açıqlamasında deyib.

Anasının ona ünvanlandığı suala Emrelinin cavabı maraqlı olub: “Əgər anam bu qolu gözləyirsə, ümid edirəm ki, “Elversberq” qarşısında beşinci və ya altıncı qolu vuraram, bilmirəm. Əgər mənim ölkəmdə anan sənə bir şey tapşırıbsa, bunu dərhal etməlisən. Çünki əks halda evdə problemlər yaşayarsan. Ümid edirəm ki, bunu edə biləcəm”.

Futbolçumuz “Nürnberq”dəki məşqlərindən də bəhs edib: “Bu gün çox rahat idi, oyun bitdikdən sonra əsasən yoqaya və masaja vaxt ayırdıq, velosiped sürdük və sonra saunada dincəldik. Cümə günü oyunumuz var və əlimizdən gəldiyi qədər sürətli toparlanmağa çalışdıq”.

Mahir klubdakı mövcud durumdan da danışıb. Bildirib ki, artıq iki oyundur ki, ard-arda son dəqiqələrdə qol buraxırlar: “Məni ən çox məyus edən şey əvvəlcə üstünlüyün bizdə olması və rəqibdən daha yaxşı oynamağımızdır. Biz həmişə deyirik ki, biz daha yaxşı oynadıq, amma nəticə yoxdursa, bunun heç bir mənası da qalmır. Əlbəttə ki, oyunda üstünlüyü əldə etmək yaxşıdır, lakin nəticəyə də diqqət yetirməliyik. Ümid edirəm ki, gələcək oyunlarda yaxşı oynayacağıq və yaxşı nəticələr alacağıq”.

Emreli “Elversberq”la keçirəcəkləri növbəti qarşılaşma barədə də danışıb: “Bizim liqada ev sahibi komandaların ən böyük üstünlüyü azarkeşlərdir. Bu, bizim üçün üstünlükdür, əks-hücumda önə keçmək fürsətidir. Hələ rəqiblə bağlı çox məlumatımız yoxdur, amma sabahdan artıq təhlil etməyə başlayacağıq və ümid edirəm ki, ən yaxşısını edəcəyik. Təbii ki, yaxşı stadionda oynamaq daha çox motivasiya verir”.

Həmyerlimiz azarkeş dəsəyi barədə də fikirlərini açıqlayıb. O bildirb ki, harada oynamaqlarının fərqi yoxdur, çünki azarkeşlər hər yerdə yaxşı dəstək verirlər.

Mahir Əmrəli vurğulayıb ki, onun üçün hər şey öz ölkəsini təmsil etməkdir: “Bu, mənim üçün həmişə bir arzu olub, çünki mənim məqsədim həm ölkəmə, həm də futboluma qatqı verməkdir”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri