Mahir Emreli yenə start heyətdədir

15.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya ikinci bundesaliqasında 16-cı turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün səfərdə “Köln”lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 16:30-da başlanacaq və “İdman TV” vasitəsi ilə canlı yayımlanacaq. 

Qeyd edək ki, M.Emreli əvvəlki matçlarda olduğu kimi, bu oyunda da  start heyətdə yer alıb.

Əlavə edək ki, 15 oyundan 25 xalı olan “Köln” 8-ci, “Nürnberq” isə 19 xalla 12-ci yeri tutur.

M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 11 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью