Mahir Emreli yenə start heyətdədir
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniya ikinci bundesaliqasında 16-cı turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün səfərdə “Köln”lə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:30-da başlanacaq və “İdman TV” vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, M.Emreli əvvəlki matçlarda olduğu kimi, bu oyunda da start heyətdə yer alıb.
Əlavə edək ki, 15 oyundan 25 xalı olan “Köln” 8-ci, “Nürnberq” isə 19 xalla 12-ci yeri tutur.
M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 11 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib.
Baxış sayı:139
Bu xəbər 15 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















