Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

03.02.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Almaniyanın "Nürnberq" klubu Stefanos Tsiması Yunanıstan PAOK komandasından birdəfəlik transfer edib.

AZƏRTAC xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi 19 yaşlı hücumçunun müqaviləsindəki satınalma bəndindən istifadə edərək, onu heyətinə qatıb.

Lakin yunanıstanlı forvard "Nürnberq"də qalmayacaq. Almaniya klubu istedadlı oyunçunu cari mövsümün sonunadək İngiltərənin "Brayton" komandasına icarəyə verib. Premyer Liqa təmsilçisi Tsimasın çıxışından razı qalsa, müəyyən təzminat məbləği qarşılığında onu transfer edə biləcək.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də "Nürnberq"də çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью