Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Almaniyanın "Nürnberq" klubu Stefanos Tsiması Yunanıstan PAOK komandasından birdəfəlik transfer edib.
AZƏRTAC xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi 19 yaşlı hücumçunun müqaviləsindəki satınalma bəndindən istifadə edərək, onu heyətinə qatıb.
Lakin yunanıstanlı forvard "Nürnberq"də qalmayacaq. Almaniya klubu istedadlı oyunçunu cari mövsümün sonunadək İngiltərənin "Brayton" komandasına icarəyə verib. Premyer Liqa təmsilçisi Tsimasın çıxışından razı qalsa, müəyyən təzminat məbləği qarşılığında onu transfer edə biləcək.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də "Nürnberq"də çıxış edir.

Mahir Emrelinin komanda yoldaşı Çelsiyə keçə bilər
18 Dekabr 2024 18:38
Mahir Emrelinin keçmiş komanda yoldaşı Real Madridin təklifini qəbul etməyib
12 Noyabr 2024 17:37
Emrelinin komanda yoldaşı “Liverpul”un hədəfində
15 Yanvar 2025 23:05
Mahir Emrelinin komandasından heçheçə
08 Noyabr 2024 23:41
Mahir Emrelinin dəyəri bəlli oldu
30 Dekabr 2024 11:43

