Mahir Emrelinin yeni klubu müəyyənləşib

22.06.2025

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.

Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью