Mahir Emrelinin yeni klubu müəyyənləşib
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenberq X hesabında paylaşım edib.
Onun sözlərinə görə, 28 yaşlı hücumçunun transferi, demək olar ki, tamamlanıb. Təcrübəli forvard yaxın günlərdə tibbi müayinədən keçəcək. Daha sonra isə 2-ci Bundesliqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

Mahir Emrelinin yeni klubu məlum olub
18 İyun 2025 13:29
Mahir Emrelinin yeni klubu bu dəfə Bundesliqada
07 May 2025 21:44
Mahir Emrelinin komandasından heçheçə
08 Noyabr 2024 23:41
Mahir Emrelinin qiyməti qalxdı
20 İyun 2025 09:03
Mahir Emrelinin yeni klubu bəlli oldu Almaniyada oynayacaq
18 İyun 2025 10:36

