futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək. O, II Bundesliqada çıxış edən “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.
Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında Emrelinin keçidini şərh edib:
“Mahiri təbrik edir, ona uğurlar arzu edirəm. Düşünürəm ki, o, “Kayzerslautern”də qol vurma bacarığını göstərəcək. II Bundesliqa asan deyil, ağır çempionatdır. Onun keyfiyyəti imkan verir ki, özünü göstərsin. Mahir getdiyi yerlərdə qol vura bilib və inanıram ki, yenə də belə olacaq”.
Emreli başa çatan mövsümü “Nürnberq”də keçirib. Hücumçu II Bundesliqada 24 oyunda 10 qolla yadda qalıb.