“Mahir “Kayzerslautern”də qol vurma bacarığını göstərəcək”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Almaniyada davam etdirəcək. O, II Bundesliqada çıxış edən “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb.
Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov “FutbolPress“ə açıqlamasında Emrelinin keçidini şərh edib:
“Mahiri təbrik edir, ona uğurlar arzu edirəm. Düşünürəm ki, o, “Kayzerslautern”də qol vurma bacarığını göstərəcək. II Bundesliqa asan deyil, ağır çempionatdır. Onun keyfiyyəti imkan verir ki, özünü göstərsin. Mahir getdiyi yerlərdə qol vura bilib və inanıram ki, yenə də belə olacaq”.
Emreli başa çatan mövsümü “Nürnberq”də keçirib. Hücumçu II Bundesliqada 24 oyunda 10 qolla yadda qalıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli Kayzerslautern də RƏSMİ FOTO
24 İyun 2025 22:17
Mahir Emrelinin “Kayzerslautern”də oynamamasının SƏBƏBİ
07 Oktyabr 2025 15:18
Mahir Emreli Kayzerslautern də heyətə qayıdacaq?
24 Oktyabr 2025 13:04
Kayzerslautern də 10 nömrə Mahir Emreliyə verilib
24 İyun 2025 20:45
Mahir Kayzerslautern də rəsmi debüt etdi Yenilənib
03 Avqust 2025 17:24
Baxış sayı:139
Bu xəbər 25 İyun 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















