Icma.az bildirir, Sia Az portalına istinadən. Yüz illərdir ki, Yaxın Şərqdə müharibələr, daxili qarşıdurmalar səngimək bilmir.
İsrailin 1949-cu ildə öz dövlətini qurmasından sonra Yaxın Şərqdə müharibələr daha qanlı və amansız xarakter aldı.
Çünki ərəb dövlətləri ərazilərində düşmən hesab etdikləri yəhudilərin timsalında İsrail dövlətinin yaranması ilə barışmır və onu neytrallaşdırmaq üçün geniş hərbi basqınlar həyata keçirirlər.
Ancaq ərəblərin İsrailin qarşısında gücsüz olduğu üzə çıxır.
Səbəbi də İsrailin arxasında böyük hərbi, siyasi, maliyyə gücünə malik ABŞ-ın dayanmasıdır.
Müəyyən hallarda Avropanın əksər ölkələri də İsrailə silah-sursat, hərbi texnika yardımı göstərirlər.
Yada salmaq lazımdır ki, HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrail ərazisinə daxil olaraq konsert salonunda 2 minə yaxın insanı öldürməsindən və 250 yəhudini girov olaraq özləri ilə Qəzzaya aparmalarından dərhal sonra bütün Avropa ölkələri və ABŞ səfərbər oldular.
Bu zaman ABŞ başda olmaqla Avropa ölkələrinin rəhbərləri İsrailə səfər edib, Netanyahunun yanında olduqlarını bəyan etdilər.