Icma.az
close
up
RU
Mahmud Abbas iqamətgahını Ramallahdan Qəzzaya köçürür TƏHLİL

Mahmud Abbas iqamətgahını Ramallahdan Qəzzaya köçürür TƏHLİL

Icma.az bildirir, Sia Az portalına istinadən.

Yüz illərdir ki, Yaxın Şərqdə müharibələr, daxili qarşıdurmalar səngimək bilmir. İsrailin 1949-cu ildə öz dövlətini qurmasından sonra Yaxın Şərqdə müharibələr daha qanlı və amansız xarakter aldı. Çünki ərəb dövlətləri ərazilərində düşmən hesab etdikləri yəhudilərin timsalında İsrail dövlətinin yaranması ilə barışmır və onu neytrallaşdırmaq üçün geniş hərbi basqınlar həyata keçirirlər. Ancaq ərəblərin İsrailin qarşısında gücsüz olduğu üzə çıxır. Səbəbi də İsrailin arxasında böyük hərbi, siyasi, maliyyə gücünə malik ABŞ-ın dayanmasıdır. Müəyyən hallarda Avropanın əksər ölkələri də İsrailə silah-sursat, hərbi texnika yardımı göstərirlər. Yada salmaq lazımdır ki, HƏMAS-ın 2023-cü ilin oktyabrın 7-də İsrail ərazisinə daxil olaraq konsert salonunda 2 minə yaxın insanı öldürməsindən və 250 yəhudini girov olaraq özləri ilə Qəzzaya aparmalarından dərhal sonra bütün Avropa ölkələri və ABŞ səfərbər oldular. Bu zaman ABŞ başda olmaqla Avropa ölkələrinin rəhbərləri İsrailə səfər edib, Netanyahunun yanında olduqlarını bəyan etdilər. "Arxalı köpək qurd basar" el məsəlində deyildiyi kimi İsrail böyük güclərin hərbi, siyasi, maliyyə dəstəyinə güvənib Qəzzanı xarabazarlıqlara çevirdi, 70 minə yaxın dinc qəzzalını öldürdü ki, onların da az qala yarısı körpələr, yeniyetmə uşaqlar olmuşdur. Ümumilikdə 2,5 milyonluq Qəzzanın 90 faiz əhalisi sağ qalmaq ümidi ilə bölgəni tərk etmişdir. Şəhərdə qalan insanlar isə aclıq və səfalət içində ölümlərini gözləməyə məcbur edilmişdir. Dəfələrlə BMT-nin müəyyən strukturları, ayrı-ayrı ölkələr İsrailin vəhşiliyini, insanlığa yönələn cinayətlərini sərt şəkildə tənqid etsə də, Netanyahu hakimiyyəti öz əməllərindən əl çəkməmiş, əksinə fəaliyyətini daha amansız formada davam etdirib. Bundan çıxış edən Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas dünya ictimaiyyətini İsrailə təzyiqlər etməyə və Fələstin xalqının yanında olmağa çağırıb. Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışı zamanı bildirib Qəzza Fələstinin ayrılmaz hissəsidir: "Fələstin xalqı işğal altında sağ qalmaq üçün mübarizə aparır. Qəzzada iki milyon fələstinli aclığa məhkum edilib".

"Qüds ürəyimizdəki ləl-cəvahirdir"

Çıxışı zamanı Fələstin Prezidenti qeyd edib ki, BMT-də mindən çox qətnamə qəbul edilsə də, onlardan heç biri yerinə yetirilmədi: "Qətnamələrin heç biri bu faciəvi vəziyyəti dayandırmağa kifayət etmədi. Qəzzada müharibəni təcili və daimi olaraq dayandırmalıyıq. İkincisi, BMT agentlikləri bu torpaqlara girməli və aclıqdan silah kimi istifadə edilməməlidir. Bizə yardım göndərən ölkələrin qarşısındakı maneələr aradan qaldırılmalıdır. Hər iki tərəf girovları azad etməli və Fələstin ərazilərinin ilhaqı dayandırmalıdır".

Fələstin prezidenti dinc, hüquqi, demokratik mübarizəni davam etdirəcəklərini söyləyib: "Nə qədər əziyyət çəksək də, iradəmiz qırılmayacaq. Fələstin bizimdir. Qüds ürəyimizdəki ləl-cəvahirdir. Paytaxtımızdır. Vətənimizi, torpağımızı tərk etməyəcəyik. Biz bu müqəddəs torpaqlardan ümid mesajları yaymağa, sülh körpüləri qurmağa davam edəcəyik".

Dünya ictimaiyyətinin narazılıqları, ayrı-ayrı ölkələrdə əhalinin İsrail və ABŞ əleyhinə keçirdiyi aksiyalar, nəhayət rəsmi Vaşinqtonu vassalına Qəzzada atəşkəsə nail olmaq göstərişini verdi. İsrail göstərişi əməl etmək istəməsə də, başqa çıxış yolu olmadığından tələbləri yerinə yetirməyə məcbur oldu. Beləliklə, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən "Sülh Sammiti" çərçivəsində ABŞ, Misir, Qətər və Türkiyə liderləri Qəzza zolağında atəşkəsin təmin edilməsinə dair razılaşma sənədinə imza atıblar. Sənədin imzalanması İsrailin dinc əhalini öldürməsinin qarşısını ala biləcəyinə ümidləri artırır. D.Trampın müəllifliyi ilə hazırlanan 20 bəndlik sülh razılaşmasına əsasən HƏMAS girovları geri qaytarır və əvəzində İsrail ordusunu Qəzzadan geri çəkməklə yanaşı, həbs etdiyi 2 minə yaxın fələstinlini azad edir. Razılaşma həm də Qəzzada sabitliyin bərqərar olması və bölgəyə humanitar yardımın artırılmasını nəzərdə tutur. ABŞ prezidenti Donald Tramp sammit zamanı çıxış edərək Qəzza razılaşmasının "əhatəli sənəd" olduğunu bildirib: "Bu sənəd bölgədə yeni qaydalar və prinsiplər formalaşdıracaq. Heç kim belə bir razılaşmanın mümkün olacağına inanmırdı, amma nəhayət biz Yaxın Şərqdə sülhə nail olduq. Qəzzanın yenidən qurulması isə bu prosesin ən asan hissəsi olacaq".

Liderlər razılaşmaları yüksək qiymətləndirirlər

ABŞ prezident D.Tramp razılaşmanın Yaxın Şərqdə sabitliyin bərpası üçün başlanğıc nöqtəsi olacağını söyləyib: "Biz Qəzzada müharibəni dayandırdıq, bu isə güclü bir Yaxın Şərqin başlanğıcıdır. Ümid edirəm ki, daha çox ölkə də Əbraham razılaşmalarına qoşulacaq". Tramp çıxışını belə yekunlaşdırıb: "Bu, dünya tarixində mühüm bir an olacaq və biz Yaxın Şərqin təhlükəsiz bir yerə çevrilməsini təmin edəcəyik."

Sammitin təşkilatçılarından olan Misir prezidenti Əbdülfəttah əs-Sisi sammitdə çıxışı zamanı Qəzza razılaşmasını "regionda yeni sülh dövrünün başlanğıcı" adlandırıb. O bildirib ki, iki dövlətli həll Yaxın Şərqdə dayanıqlı sülhün yeganə yoludur.

Pakistanın baş naziri Şahbaz Şərif isə çıxışında ABŞ prezidenti Donald Trampın sülh prosesindəki rolunu xüsusi qeyd edib. O bildirib: "Sülh, prezident Trampın yorulmaz səyləri nəticəsində mümkün oldu". Şərif əlavə edib ki, Pakistan ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərib.

Misirdə keçirilən sülh sammitində 20-dən çox ölkənin liderləri iştirak edib. Onlar arasında Azərbaycan, Türkiyə, İndoneziya prezidentləri, İordaniya kralı, Qətər əmiri, Küveytin baş naziri, Bəhreyn kralı, Fələstin rəhbəri, həmçinin Fransa, Kipr prezidentləri və Almaniya kansleri də var. Eyni zamanda, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç və İraqın hökumət başçıları, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti sammitə qatılıb.Toplantıda BMT-nin baş katibi, Ərəb Dövlətləri Liqasının baş katibi, Avropa Şurasının sədri, Oman xarici işlər naziri, Hindistan XİN nümayəndəsi və Yaponiyanın Qahirədəki səfiri də iştirak edir.

ABŞ Fələstin dövlətini tanıya bilər

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən "Sülh Sammiti"də dünya siyasətinin müəyyənləşdirilməsində xüsusi çəkiyə və nüfuza malik liderlərin iştirak etməsi ona əsas verir ki, bundan sonra İsrail hərbi gücdən istifadə etməyə cürət etməyəcək. Əks halda İsrail varlığını itirə bilər. ArtıqTürkiyə, Kanada, İspaniya və digər dövlətlərin başçıları İsrailə ciddi şəkildə xəbərdarlıq ediblər. Məhz xəbərdarlıqdan sonra Qəzzada sakitlik hökm sürməyə başlayıb. İsrail Qəzaya humanitar yardımların çatdırılması üçün geniş imkanlar yaradır.

Bu arada bəzi ərəb ölkələrinin media orqanlarında yazılanlara görə, sakitliyin yaranmasından sonra Fələstin prezidenti Mahmud Abbas iqamətgahını Ramallahdan Qəzzaya köçürməyi planlaşdırır. Məlumatı M.Abbas administrasiyası da təsdiqləyib. Məsələ ilə bağlı Fələstin prezidenti M.Abbası bildirib ki, Qəzzada idarəetməni təmin etdikdən sonra dost ölkələrin dəstəyi ilə anklavda təmir, bərpa, tikinti işlərinə başlanılacaq: "Fələstinin paytaxtı Qüdsdür. Bu şəhər bizim üçün, ümumilikdə islam dünyası üçün müqəddəs şəhərdir. Biz heç zaman öz qibləmizdən, dəyərlərimizdən imtina etmərik. Çox yaxın zamanlarda müqəddəs şəhərimizə də sahib çıxacağıq".

Proqnozlara görə, Fələstinin hakimiyyət orqanları Qəzzaya köçürülsə, o zaman Ramallahdakı xarici səfirliklər də anklava köçürüləcəklər. Bundan sonra bölgədə tam sabitlik yaranacaq. Həyata keçirilən proseslərin nəticəsi olaraq ABŞ Fələstini dövlət olaraq tanıyacaq. Nəticədə İsrail Vaşinqtonun tələbinə zidd getməkdən çəkinərək Fələstini 1974-cü il sərhədləri daxilində dövlət olaraq tanımağa məcbur olacaq. Bununla da 3 min illik ərəb-yəhudi qarşıdurması sona çatacaq.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri