Mahmut Hoca nın oğlu ÜZƏ ÇIXDI

03.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Hababam Sınıfı" filmindəki "Mahmut Hoca" və "Bizim Aile"dəki "Yaşar Usta" obrazları ilə milyonların sevgisini qazanmış usta aktyor Münir Özkulun oğlu Fərdi Özkulun illərdir Kanadada yaşadığı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, atasının yolunu getməyərək aktyorluqdan imtina edən Özkulun Kanadada qurduğu həyat diqqət çəkib.

Münir Özkulun ilk nikahından dünyaya gələn Fərdi hazırda qastronomiya sektorunda fəaliyyət göstərir.

Uzun illərdir Kanadanın paytaxtı Ottavada yaşayan Özkul aşpazlıqla məşğul olur və şəhərdə 6 restoran idarə edir.

Atasının kino dünyasındakı böyük şöhrətinə baxmayaraq, o, kameralardan uzaq bir həyat sürməyə üstünlük verib.

Qeyd edək ki, türk kinosunun usta sənətkarı olan Münir Özkul həyatı boyunca dörd dəfə ailə qurub.

Şadan Özkul Işıq ilə ilk evlilikdən Fərdi və Hayriyə adında iki övladı dünyaya gəlib. Aktrisa Suna Selen ilə ikinci nikahından isə Güner adında bir qızı var.

2018-ci il yanvarın 5-də vəfat edən Münir Özkulun dəfn mərasiminə Kanadadan gələn Fərdi Özkul atasının son günlərində yanında olan Umman Özkula təşəkkür edərək "Mənim deyəcəyim tək bir şey var, Umman xanıma minnətdaram" ifadələrini işlədib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью