Mahmut Hoca nın oğlu ÜZƏ ÇIXDI
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
"Hababam Sınıfı" filmindəki "Mahmut Hoca" və "Bizim Aile"dəki "Yaşar Usta" obrazları ilə milyonların sevgisini qazanmış usta aktyor Münir Özkulun oğlu Fərdi Özkulun illərdir Kanadada yaşadığı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, atasının yolunu getməyərək aktyorluqdan imtina edən Özkulun Kanadada qurduğu həyat diqqət çəkib.
Münir Özkulun ilk nikahından dünyaya gələn Fərdi hazırda qastronomiya sektorunda fəaliyyət göstərir.
Uzun illərdir Kanadanın paytaxtı Ottavada yaşayan Özkul aşpazlıqla məşğul olur və şəhərdə 6 restoran idarə edir.
Atasının kino dünyasındakı böyük şöhrətinə baxmayaraq, o, kameralardan uzaq bir həyat sürməyə üstünlük verib.
Qeyd edək ki, türk kinosunun usta sənətkarı olan Münir Özkul həyatı boyunca dörd dəfə ailə qurub.
Şadan Özkul Işıq ilə ilk evlilikdən Fərdi və Hayriyə adında iki övladı dünyaya gəlib. Aktrisa Suna Selen ilə ikinci nikahından isə Güner adında bir qızı var.
2018-ci il yanvarın 5-də vəfat edən Münir Özkulun dəfn mərasiminə Kanadadan gələn Fərdi Özkul atasının son günlərində yanında olan Umman Özkula təşəkkür edərək "Mənim deyəcəyim tək bir şey var, Umman xanıma minnətdaram" ifadələrini işlədib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 03 Noyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















