Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pərvanə SULTANOVA[email protected] Fransada siyasi böhran fonunda iqtisadi risklər də artmaqdadır.
Növbəti həftənin ilk günü, sentyabrın 8-də Makron hökuməti üçün daha çətin vəziyyətin yaranacağı artıq istisna edilmir.
Həmin gün parlamentdə hökumətə etimadla bağlı səsvermə keçiriləcək.
Amma hazırkı durum, eyni zamanda, ekspertlərin dəyərləndirmələri bu səsvermənin heç də hökumətin lehinə olmayacağını deməyə əsas verir.
Fransa iqtisadi cəhətdən çox zəifləyib, dövlət borcu artıb, bu da Avropanın ikinci ən böyük iqtisadiyyatında tənəzzül qorxusunu artırır.
Fransua Bayru hökumətinin vəziyyəti nisbətən stabilləşdirmək üçün təqdim etdiyi qənaət tədbirləri daha böyük narazılıqlara səbəb oldu.
Onun təklifləri sırasında 2026-cı ildə büdcə xərclərinin 44 milyard avro azaldılması nəzərdə tutulur ki, bu da əsasən həssas sahələri əhatə edir.