Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Makron çıxılmaz vəziyyətdə: hökumət istefa ərəfəsindədir

Makron çıxılmaz vəziyyətdə: hökumət istefa ərəfəsindədir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Fransada siyasi böhran fonunda iqtisadi risklər də artmaqdadır. Növbəti həftənin ilk günü, sentyabrın 8-də Makron hökuməti üçün daha çətin vəziyyətin yaranacağı artıq istisna edilmir. Həmin gün parlamentdə hökumətə etimadla bağlı səsvermə keçiriləcək. Amma hazırkı durum, eyni zamanda, ekspertlərin dəyərləndirmələri bu səsvermənin heç də hökumətin lehinə olmayacağını deməyə əsas verir.

Fransa iqtisadi cəhətdən çox zəifləyib, dövlət borcu artıb, bu da Avropanın ikinci ən böyük iqtisadiyyatında tənəzzül qorxusunu artırır.

Fransua Bayru hökumətinin vəziyyəti nisbətən stabilləşdirmək üçün təqdim etdiyi qənaət tədbirləri daha böyük narazılıqlara səbəb oldu. Onun təklifləri sırasında 2026-cı ildə büdcə xərclərinin 44 milyard avro azaldılması nəzərdə tutulur ki, bu da əsasən həssas sahələri əhatə edir. Belə ki, dövlət qulluqçularının təqaüdləri və əmək haqları indeksləşdirilməyəcək. Dövlət 3000 vakant yeri ixtisar edərək, təqaüdə çıxan hər üç işçidən birini əvəz etməyəcək. Büdcə hesabına dərmanlara çıxış imkanının da məhdudlaşdırılması nəzərdə tutulur. Makronun xərclərini 3 milyard avro artırdığı Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyi istisna olmaqla, digər qurum və idarələr də əlavə ayırmalardan məhrum ediliblər.

Baş nazirin Avropada İkinci Dünya müharibəsinin başa çatması günü olan 8 May və Pasxa bayramlarının ləğv edilməsini nəzərdə tutan təkliflərini həm sağ, həm də solçular, eyni zamanda, Makron tərəfdarları da tənqid edir.

Bütün bunlar büdcə kəsirini 2026-cı ildə ÜDM-in 5,8 faizdən 4,6 faizə endirmək üçün lazımdır. Cari kəsir avrozonada icazə verilən 3 faizdən iki dəfə yüksəkdir və Yunanıstan və İtaliyadan sonra Aİ-də ən böyüyüdür. Borc ÜDM-ə nisbəti 113 faiz təşkil edir. Eyni zamanda, 2024-cü ildə ÜDM artımı 1,2 faiz, 2025-ci ildə cəmi 0,6 faiz olacaq. Bayru 2029-cu ilə qədər kəsiri ÜDM-in 3 faizinə çatdırmağı vəd edir.

Fransa Statistika İdarəsinin  məlumatına görə, 2025-ci ilin birinci rübünün sonunda ölkənin dövlət borcu 3,345 trilyon avro təşkil edib. Əgər 2000-ci illərin əvvəllərində borc ÜDM-in 60 faizini təşkil edirdisə, bu il o, 116 faizə yüksəlib.

Hökumət hətta Fransanın Beynəlxalq Valyuta Fondunun (BVF) və ya Avropa qurumlarının nəzarəti altına düşmə riski ilə bağlı narahatlığını ifadə edir. Bu, 2008-ci il maliyyə böhranından sonra Portuqaliya və Yunanıstan da daxil olmaqla digər ölkələrlə də baş verib.

Amma ekspertlər hesab edirlər ki, mövcud tendensiyalar onu deməyə əsas verir ki, növbəti bir neçə ildə qeyd edilən rəqəmlər xeyli arta bilər. Avropalı ekspert Jeremi Peloso bildirib ki, çoxları prezident Emmanuel Makronun sentyabrın 8-də səsvermədə uduzacağı təqdirdə yeni Baş nazir təyin edəcəyini gözləyir. Amma bununla belə, siyasi iflic davam edəcək. Hələlik, görünən odur ki, prezident tərəfindən təyin olunan heç bir mərkəzçi hökumət büdcə təqdim edildikdən sonra yıxılmaqdan qaça bilməyəcək. Analitiklər Makronun səlahiyyət müddətinin bitəcəyi və Fransanın siyasi arenasında güc balansının dəyişə biləcəyi 2027-ci ilə qədər böyük dəyişikliklər gözləmirlər.

"Oxford Economics"in son hesabatına görə, o vaxta qədər növbəti hökumətin məqsədləri daha təvazökar olacaq: "Gərgin siyasi mühiti nəzərə alsaq, yeni hökumətin prioriteti büdcəni devrilmədən qəbul etmək olacaq. Bu, ən azı 2027-ci il prezident seçkilərinə qədər əhəmiyyətli fiskal konsolidasiyaya olan ümidləri azaldır, yəni bu, Fransanın dövlət borcunun artmaqda davam edəcəyi deməkdir".

"Oxford Economics" 2027-ci ilin sonuna qədər dövlət borcunun ÜDM-in 120 faizini keçəcəyini proqnozlaşdırır.

Ekspert Aleksey Çixaçev isə əmindir ki, Bayru yalnız 2024-cü ilin büdcə prioritetlərini 2025-ci ildə saxlamaq sayəsində doqquz ay davam edə bilib: "Lakin Fransanın istənilən hökuməti xərcləri azaltmalıdır. Makron solçuları hökumətə buraxmayacaq. 2024-cü ildə seçkilərdə nisbi qələbə qazanmalarına baxmayaraq, onların hakimiyyətə gəlməsinə imkan vermədi".

"Bloomberg" agentliyi isə Makronun mövqeyi ilə tanış olan anonim mənbələrə istinadən yazıb ki, Fransa prezidenti gələn həftə Baş nazir Fransua Bayruya etimad səsverməsində vəzifəsindən kənarlaşdırılarsa, növbədənkənar seçkilərin keçirilməsindən qaçmağa çalışacaq. Mənbələrin bildirdiyinə görə, hazırkı Baş nazir məğlub olarsa, Makron Fransa Milli Assambleyasında partiyalar arasında yeni Baş nazirin təyin edilməsi üçün razılıq əldə etməyə çalışacaq. İdeal namizəd mərkəzçi bloku birləşdirə, eyni zamanda, sənədi qəbul etmək üçün sosialistlərə müraciət edə bilər.

Yeri gəlmişkən, Fransanın keçmiş prezidenti Nikola Sarkozi ölkədə siyasi böhran fonunda Milli Birlik partiyasının lideri, ifrat sağçı Marin Le Penin ritorikasını dəstəkləyib. Keçmiş prezident "Le Figaro" nəşrinə müsahibəsində Milli Assambleyanın buraxılmasına çağırıb və ifrat sağçıların hakimiyyətə gəlməsini müsbət yanaşıb. O, qarşıdan gələn etimad səsverməsini "siyasi intihar" adlandırıb, bununla da Marin Le Penin ifadəsini təkrarlayıb.

Sarkozinin fikrincə, yeni parlament seçkiləri olacağı təqdirdə ən azı nisbi çoxluğun formalaşması üçün şərait yaradıla bilər. Eyni zamanda, o, Jordan Bardellanın partiyasının bu çoxluğu əldə etməyə qadir olduğuna və buna görə də potensial olaraq hökumətin başına keçə biləcəyinə açıq eyham vurub.

Baş verən siyasi və iqtisadi böhran fonunda isə prezident Emmanuel Makronun reytinqi rekord səviyyədə aşağı düşüb. "Figaro" nəşrinin sorğusunun nəticələrinə görə, onun etimad reytinqi 2017-ci ildən bəri ən aşağı həddə çatıb: fransızların cəmi 15 faizi ona güvənir və bu səviyyə "sarı jiletlilər" dövründəkindən də aşağıdır.

Baş naziri Fransua Bayru da oxşar vəziyyətdədir. Onun etimad reytinqi cəmi 14 faizdir, Fransa vətəndaşlarının 82 faizi hazırkı hökumət başçısına etibar etmir. "Figaro"ya görə inamı artan yeganə fransız siyasətçi sağçı müxalifət partiyası "Milli Birlik"in sədri Jordan Bardelladır və  o, nəşrin tərtib etdiyi reytinqə başçılıq edir.

Onlayn sorğu "Figaro" tərəfindən 2025-ci il avqustun 31-dən sentyabrın 2-dək Fransanın 1000 yetkin vətəndaşı arasında keçirilib.

Fransa üçün həlledici günə az qalıb. Amma istənilən halda parlament Makron üçün müsbət qərar verməyəcək. Çünki ölkənin aparıcı müxalifət qüvvələrinin təmsilçiləri Baş nazirə etimadın əleyhinə səs verəcəklərini dəfələrlə bəyan ediblər. Sosialist Partiyasının lideri Olivye Forun "fikrimizi dəyişməyəcəyik, Bayrunun büdcə planları Fransanı gərgin vəziyyətə sürükləyib" deməsi Baş naziri hakimiyyətdə qalmaq üçün son ümidindən məhrum edir. Bayru nə sağ, nə də sol bloku - Fransa parlamentinin aşağı palatasında ən nüfuzlu iki bloku onu dəstəkləməyə, ya da səsvermədə bitərəf olmağa inandıra bilmədi.

Onu da vurğulayaq ki, hökumətə etimad səsverməsindən sonra, sentyabrın 10-da ölkədə Həmkarlar ittifaqları tətil keçirməyi planlaşdırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri