Makron DƏHŞƏTƏ gəldi: Rusiya təcavüzü...

22.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın mərkəzindəki Krivı Roq şəhərindəki ticarət mərkəzinə endirdiyi zərbələrdən sonra dəhşətə gəlib.

Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, bu hücumlar nəticəsində çoxsaylı mülki şəxslərin itkin düşüb :

"Kiyevə qarşı edilən hücumlarla Rusiya təcavüz cinayətini davam etdirir və daha da ağırlaşdırır".

E.Makron Moskvanı sistematik olaraq mülki şəxsləri hədəf almaqda və qorxutma və eskalasiya seçimini etməkdə günahlandırıb:

"Buna görə də anti-ballistik raket koalisiyası çərçivəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində Fransanın Ukraynaya dəstəyini  artıracağıq. Hava hücumundan müdafiə sisteminə töhfə vermək üçün tutma qurğuları yerləşdiriləcək. Rusiya "terror vasitəsilə Ukraynanı diz çökdürməyə çalışır, bu plan uğur qazana bilməyəcək".

Qeyd edək ki, Rusiyanın Krivı Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı ən azı 16 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью