Makron DƏHŞƏTƏ gəldi: Rusiya təcavüzü...
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanın mərkəzindəki Krivı Roq şəhərindəki ticarət mərkəzinə endirdiyi zərbələrdən sonra dəhşətə gəlib.
Bakıvaxtı.az-ın "LeMonde.fr"ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, bu hücumlar nəticəsində çoxsaylı mülki şəxslərin itkin düşüb :
"Kiyevə qarşı edilən hücumlarla Rusiya təcavüz cinayətini davam etdirir və daha da ağırlaşdırır".
E.Makron Moskvanı sistematik olaraq mülki şəxsləri hədəf almaqda və qorxutma və eskalasiya seçimini etməkdə günahlandırıb:
"Buna görə də anti-ballistik raket koalisiyası çərçivəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində Fransanın Ukraynaya dəstəyini artıracağıq. Hava hücumundan müdafiə sisteminə töhfə vermək üçün tutma qurğuları yerləşdiriləcək. Rusiya "terror vasitəsilə Ukraynanı diz çökdürməyə çalışır, bu plan uğur qazana bilməyəcək".
Qeyd edək ki, Rusiyanın Krivı Roq şəhərinə hücumu nəticəsində ölənlərin sayı ən azı 16 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.
Aydın
Baxış sayı:117
Bu xəbər 22 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















