Makrondan Putinə gözlənilməz ultimatum

13.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya təklif edilən 30 günlük atəşkəsin yalnız bazar ertəsi axşamına qədər qüvvədə olduğunu bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Le Figaro" jurnalistləri ilə söhbətində açıqlama verib.

Makron 12 may günorta saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı həmkarları ilə danışacağını deyib.

"Ya Rusiya ciddi niyyətlidir və sülh istəyir, ya da bu ciddi deyil və biz daha çox sanksiya tətbiq etməliyik", - deyə Makron əlavə edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 30 günlük atəşkəsi rədd edib və Ukraynaya bu barədə İstanbulda birbaşa danışıqlar aparmağı təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью