Makrondan Putinə gözlənilməz ultimatum
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Fransa Prezidenti Emmanuel Makron Rusiyaya təklif edilən 30 günlük atəşkəsin yalnız bazar ertəsi axşamına qədər qüvvədə olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Le Figaro" jurnalistləri ilə söhbətində açıqlama verib.
Makron 12 may günorta saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı həmkarları ilə danışacağını deyib.
"Ya Rusiya ciddi niyyətlidir və sülh istəyir, ya da bu ciddi deyil və biz daha çox sanksiya tətbiq etməliyik", - deyə Makron əlavə edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin 30 günlük atəşkəsi rədd edib və Ukraynaya bu barədə İstanbulda birbaşa danışıqlar aparmağı təklif edib.

Makrondan Putinə SƏRT SÖZLƏR: “Yalandır” KONKRET
25 Aprel 2025 18:34
Tramp, Putinə qarşı zəif olma! Makrondan ittiham
21 Fevral 2025 00:12
Makrondan Putinə şok müraciət: Görün nə tələb etdi
20 Noyabr 2024 09:07
Merts Putinə ultimatum vermək
13 Noyabr 2024 00:59
Makrondan Rusiyaya ULTİMATUM Bazar ertəsi axşama qədər… KONKRET
12 May 2025 19:19

