Mal bazarlarının bağlanması ilə bağlı qərar ət kəsimi və satışı məntəqələrinə aiddir? RƏSM…
Icma.az bildirir, Oxu.az portalına istinadən. "Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam
Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevi deyib: "Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir.
Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur.
Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır.
Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır.
Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir.
Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir.
Tam oxu
Xəbəri oxu