Icma.az
close
up
RU
Mal bazarlarının bağlanması ilə bağlı qərar ət kəsimi və satışı məntəqələrinə aiddir? RƏSMİ CAVAB

Mal bazarlarının bağlanması ilə bağlı qərar ət kəsimi və satışı məntəqələrinə aiddir? RƏSMİ CAVAB

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 120-dən çoxdur".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevi deyib:

"Mövcud infrastruktur ölkənin daxili tələbatını tam şəkildə təmin etməyə imkan verir. Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub və məntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyin baytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyən müddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiq möhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdə istehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir.

Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarını almağı tövsiyə edir. Həmçinin, ətin üzərində rəsmi baytarlıq möhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardan müşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etmək vacibdir. 2025-ci il 25 oktyabr tarixindən etibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri