“Malayziya ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələri güclənib” Səfir | Icma.…
525.az saytına istinadən Icma.az xəbər verir. Bakıda Malayziyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, bu il ölkəsi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) fəxr hissi ilə sədrlik edir.
Bu mühüm vəzifə regional əməkdaşlığa, sülhə və davamlı inkişafa olan öhdəliyimizin təcəssümüdür.
Səfir bildirib ki, Malayziya ASEAN çərçivəsində yalnız özü üçün deyil, regiondakı bütün ölkələr üçün inklüziv tərəqqi və ümumi rifahı təşviq etməkdə davam edir: “Malayziya sədrlik müddətində bir sıra önəmli nailiyyətlər əldə edib.
Bu nailiyyətlərə xalq yönümlü, dayanıqlı və davamlı bir ASEAN naminə hazırlanmış "ASEAN birliyinin gələcək baxışı 2045" - uzunmüddətli yol xəritəmizin təkmilləşdirilməsi də daxildir.
Eyni zamanda, biz Timor-Lestenin quruma qoşulmasını alqışladıq və regiondakı münaqişələrdə, o cümlədən Tailand-Kamboca arasındakı sərhəd münaqişəsi və Myanmardakı böhranla bağlı davam edən səylər çərçivəsində vasitəçi rolunu üzərimizə götürmüşük”.
O deyib ki, ölkəsi bir həftədən az müddətdə keçiriləcək 2025-ci ilin ən böyük ASEAN Zirvə görüşünə ev sahibliyi etmək üçün hazırlıqlarını tamamlayır: “Bu mötəbər tədbirdə dünyanın dörd bir yanından bir çox nüfuzlu liderlər iştirak edəcək”.
Diplomat Azərbaycanla əlaqələrə toxunub, ikitərəfli münasibətlərin dərinləşdiyini qeyd edib: “1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahədə əməkdaşlıq inkişaf etdirilib.
Tam oxu
Xəbəri oxu