Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

“Malayziya ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələri güclənib” Səfir

“Malayziya ilə Azərbaycan arasında əməkdaşlıq və dostluq əlaqələri güclənib” Səfir

525.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda Malayziyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, bu il ölkəsi Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) fəxr hissi ilə sədrlik edir. Bu mühüm vəzifə regional əməkdaşlığa, sülhə və davamlı inkişafa olan öhdəliyimizin təcəssümüdür.

Səfir bildirib ki, Malayziya ASEAN çərçivəsində yalnız özü üçün deyil, regiondakı bütün ölkələr üçün inklüziv tərəqqi və ümumi rifahı təşviq etməkdə davam edir:

“Malayziya sədrlik müddətində bir sıra önəmli nailiyyətlər əldə edib. Bu nailiyyətlərə xalq yönümlü, dayanıqlı və davamlı bir ASEAN naminə hazırlanmış "ASEAN birliyinin gələcək baxışı 2045" - uzunmüddətli yol xəritəmizin təkmilləşdirilməsi də daxildir. Eyni zamanda, biz Timor-Lestenin quruma qoşulmasını alqışladıq və regiondakı münaqişələrdə, o cümlədən Tailand-Kamboca arasındakı sərhəd münaqişəsi və Myanmardakı böhranla bağlı davam edən səylər çərçivəsində vasitəçi rolunu üzərimizə götürmüşük”.

O deyib ki, ölkəsi bir həftədən az müddətdə keçiriləcək 2025-ci ilin ən böyük ASEAN Zirvə görüşünə ev sahibliyi etmək üçün hazırlıqlarını tamamlayır: “Bu mötəbər tədbirdə dünyanın dörd bir yanından bir çox nüfuzlu liderlər iştirak edəcək”.

Diplomat Azərbaycanla əlaqələrə toxunub, ikitərəfli münasibətlərin dərinləşdiyini qeyd edib: “1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahədə əməkdaşlıq inkişaf etdirilib. Gələcəyə baxdıqda, ikitərəfli məsləhətləşmələr hər iki ölkəyə halal sənaye, islam maliyyəsi, bərpa olunan enerji, neft-qaz və qida sektorlarında yeni əməkdaşlıq imkanları açıb. Məqsədimiz ticarət, investisiya və bilik mübadiləsini artırmaqdır. Apreldə Malayziya xarici işlər nazirinin müavininin səfəri ilə yanaşı, Azərbaycan tərəfindən də yüksək səviyyəli səfərlərin artması ölkələrimiz arasında inkişaf edən münasibətlərin göstəricisidir. Malayziyadan Azərbaycana çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, müxtəlif görüş və konfranslarda iştirakla əməkdaşlıq və dostluq əlaqələri güclənib. 

Xüsusilə, Bakıda keçirilmiş COP29 çərçivəsində Malayziyadan iki nazir və 200 nəfərdən ibarət nümayəndə heyəti müxtəlif proqram və tədbirlərdə iştirak edib. Malayziya Azərbaycanı COP29-u uğurla keçirdiyinə görə təqdir edir. Biz konfrans sonrası qlobal iqlim çağırışlarına qarşı davamlı həll yollarının tətbiqi üçün göstərilən səyləri yüksək qiymətləndirir və noyabrda COP30-un yeni sədrliyinə ötürülməzdən əvvəl bu məsələlərin davam etdirilməsini alqışlayırıq”.

Onun sözlərinə görə, Malayziya, həmçinin 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (wuf13) və 2026-cı ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının  sammitində yüksək səviyyədə iştirak etməyi səbirsizliklə gözləyir.

Səfir əlavə edib ki, təhsil əməkdaşlığı prioriteti olaraq qalır. Akademik mükəmməlliyi ilə tanınan Malayziya universitetləri daha çox azərbaycanlı tələbəni qəbul etməyə davam edir: “Bir neçə nüfuzlu Malayziya universitetlərinin Dövlət Proqramına daxil edilməsinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu siyahıya daha çox Malayziya universitetləri əlavə olunacaq və bu da xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyimiz önəmin bariz göstəricisi olacaq.

Hazırda müxtəlif proqramlar çərçivəsində 23 azərbaycanlı tələbə Malayziya universitetlərində, 5 malayziyalı tələbə isə Azərbaycan universitetlərində təhsil alır. Bu, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı sayəsində mümkün olub. Bu dinamikanı davam etdirmək məqsədilə səfirlik yenidən bu ilin noyabr ayında sayca 4-cü Malayziya təhsil sərgisini təşkil edəcək.

Əvvəlki illərdə olduğu kimi, bu il də təhsil sərgisində təxminən 10 Malayziya universitetinin iştirakı gözlənilir. Sərginin məqsədi azərbaycanlı gəncləri Malayziyada təhsil almağa təşviq etmək və onlara yeni üfüqlər açmaqdır”.

Diplomat bildirib ki, 2026-cı il artıq üçüncü dəfədir ki, “Malayziyaya səyahət ili” elan olunub. Bu təşəbbüs turizmin inkişafı və dünya üzrə dost ölkələrlə mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün əla bir fürsətdir: “Azərbaycan xalqını malayziyanın füsunkar təbiətini, qonaqpərvər insanlarını və rəngarəng mədəniyyətini kəşf etməyə səmimi-qəlbdən dəvət edirəm. “2026 - Malayziyaya səyahət ili” çərçivəsində Malayziya hökuməti 32 milyon turistin ölkəni ziyarət etməsini hədəfləyir. Ümid edirəm ki, azərbaycanlı turistlər də bu ziyarətçilər arasında öz yerlərini alacaqlar. Son 40 il ərzində, Azərbaycan Malayziya texniki əməkdaşlıq proqramının (MTCP) iştirakçısıdır. 2025-ci ilə qədər 275 azərbaycanlı mütəxəssis bu proqram çərçivəsində təşkil olunan kurslar, bilik və təcrübə mübadiləsi, eləcə də potensialın artırılması üzrə təlimlərdə iştirak edərək faydalı biliklər əldə edib. Təkcə bu il ərzində 7 azərbaycanlı dövlət qulluqçusu bu təlim proqramlarında iştirak edib. Ümid edirik ki, gələcəkdə bu proqram daha çox azərbaycanlı dövlət qulluqçularına töhfə verəcək.

MTCP Malayziyanın “yumşaq dıplomatiya” vasitələrindən birinə çevrilib. Bu proqramın məqsədi ölkəmizin inkişaf təcrübəsini, bilik və uğurlu praktikalarını oxşar baxışa malik ölkələrlə bölüşməkdir”.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxışında Malayziya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini deyib. Əlavə edib ki, Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biridir: “Bu gün əlaqələrimiz bir sıra sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət, iqtisadi əlaqələrin inkişafı üçün sahələr müəyyənləşdirilir. Turizm sahəsində əməkdaşlıq genişləndirilir. 2025-ci il yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən şəxslərin sayı 2024-cü illə müqayisədə 36 faiz artıb. Bu, əlaqələrin inkişafının göstəricisidir".

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri