Maliyyə nazirinin bağlı olub dediyi zavodda 9,8 min ton benzin istehsal edilib

27.05.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


“Bizim ehtimallarımıza görə, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın neft emalı zavodunun bağlanmasıdır”.
Yeniavaz.com
yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 olub. COP29 tədbiri ötən ilin noyabr ayında keçirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar ilə maliyyə nazirinin ehtimalı üst-üstə düşmür. Belə ki, ötən il COP29 tədbirinin keçirildiyi noyabr ayı ərzində Azərbaycanın yeganə neft email zavodunda 9,8 min ton benzin istehsal edilib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью