Maliyyə nazirinin bağlı olub dediyi zavodda 9,8 min ton benzin istehsal edilib
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“Bizim ehtimallarımıza görə, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın neft emalı zavodunun bağlanmasıdır”.
Yeniavaz.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 olub. COP29 tədbiri ötən ilin noyabr ayında keçirilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar ilə maliyyə nazirinin ehtimalı üst-üstə düşmür. Belə ki, ötən il COP29 tədbirinin keçirildiyi noyabr ayı ərzində Azərbaycanın yeganə neft email zavodunda 9,8 min ton benzin istehsal edilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Ermənistanda maliyyə nazirinin müavini vəzifəsindən azad edilib
27 Noyabr 2024 17:48
Böyük Britaniyanın maliyyə nazirinin yalanı TUTULDU
23 Noyabr 2024 22:04
Anar Kərimov maliyyə nazirinin müavini oldu
15 Aprel 2025 18:05
Zelenski ABŞ maliyyə nazirinin üstünə qışqırıb... KİV
24 Fevral 2025 13:28
Çinli hakerlər ABŞ maliyyə nazirinin kompüterini sındırıblar
17 Yanvar 2025 11:24
Baxış sayı:45
Bu xəbər 27 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















