“Maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir” | Icma.az
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi “Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb.
Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.
Bu barədə Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, müsir iqtisadiyyatda istehlakçılar bazarın əsas subyektidir: “İstehlakçıların davranışı, tələbatı və reaksiyaları iqtisadiyyatın ümumi istiqamətini müyyənləşdirir.
Buna baxmayaraq, bir çox hallarda dövlət orqanları istehlakçılarla əlaqə qurmaqda çətinliklər yaşayır.
Bu problem ölkəmizin bir çox vacib qurumlarında, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi və Vergilər Nazirliyində özünü göstərir.
Tam oxu
Xəbəri oxu