Icma.az
close
up
RU
“Maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir”

“Maliyyə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir”

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi “Kartdan karta” üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib

Məlumata görə, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

Bu barədə Moderator.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri  Eyyub Hüseynov bildirir ki, müsir iqtisadiyyatda istehlakçılar bazarın əsas subyektidir:

“İstehlakçıların davranışı, tələbatı və reaksiyaları iqtisadiyyatın ümumi istiqamətini müyyənləşdirir. Buna baxmayaraq, bir çox hallarda dövlət orqanları istehlakçılarla əlaqə qurmaqda çətinliklər yaşayır. Bu problem ölkəmizin bir çox vacib qurumlarında, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi və Vergilər Nazirliyində özünü göstərir. Dövlət orqanları istehlakçıları öz partnyorlarına çevirmək üçün lazımi addımlar atmır.  Bir sözlə, dövlət orqanları gərək istehlakçıları özünün valantyoruna - köməkçisinə çevirə bilsin.

Hər şey istehlakçıdan asılıdır. Əgər istehlakçılar nağdsız ödənişlərdə “kartdan-karta” köçürmələrindən istifadə etməsə bu maliyyə sanksiyaları baş verməz. İstehlakçılar hökumətin apardığı siyasəti dəstəkləsə, nə  sahibkar əziyyət  çəkər, nə də ki, dövlətin büdcəsi təsirlənər. Və əlbəttə,  maliyyaə sanksiyalarının tətbiqi sahibkarlara ciddi maneçilik törədir. Xüsusən maliyyə sanksiyaları  meyvə  və tərəvəz dükanlarında, avtopark xidmətlərində , bu və digər iaşə sahələrində daha çox  tətbiq edilir. Cərimələr zəruridir, lakin kafi deyil”. 

Eyyub Hüseynov qeyd edir ki, tətbiq edilən cərimələr istehlakçıdan çıxır və cərimə siyasəti istehlakçının zərərinədir:

“Bu yaxınlarda spirtli içkilərin  minimum qiymətinin qaldırılması da  istehlakçıların zərərinə gətirib çıxarır. Bəli, istehlakçı qabaqlar qiymətdə udurdu, keyfiyyətdə uduzurdu. İndi isə istehlakçılar həm keyfiyyətdə uduzacaq, həm də qiymətdə uduzacaq. İaşə obyektləri və kiçik biznes sahələrində tətbiq edilən yüksək cərimələr istehlak xərcini artırır. Bu nəticədə istehlakçını keyfiyyətsiz və saxta məhsul istehsalına istiqamətləndirə bilər. Ona görə də təklif edirəm ki, hökumət təşkilatları kütləvi informasiya vasitələri və istehlakçı qrupları ilə ciddi işləsin”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri