Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Beynəlxalq analitik mərkəzlər ABŞ-ın yeni administrasiyasının başlatdığı tarif siyas
Dünya üzrə aparılan qiymətləndirmələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına da diqqət yetirilir.
Belə ki, aprelin 21-də nüfuzlu beynəlxalq reytinq agentliyi Moody's ABŞ-ın idxal tariflərinin Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatlarına təsiri ilə bağlı rəsmi şərhini dərc edib.
Şərhə görə, "ABŞ-ın tarifləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bank və şirkətləri üçün birbaşa deyil, dolayı risklər yaradır".
Qeyd edilib ki, tariflərin region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq.
Bunun səbəbi, tariflərin orta səviyyəli olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya sahib olmasıdır.
Əksər ixrac malları yeni tariflərdən kənarda qalacaq: "Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinə görə, ölkənin ABŞ-a ixrac etdiyi məhsulların 90faizdən çoxunu xam neft, uran, gümüş və digər xammallar təşkil edir ki, bunlar tariflərdən azaddır".
Bununla belə, Moody’s hesab edir ki, böyük iqtisadiyyatlar arasında ticarət müharibəsinin dərinləşməsi banklar və şirkətlər üçün ticarət, zəifləyən inam və makroiqtisadi vəziyyət, maliyyə bazarları olmaqla üç əsas risk kanalı vasitəsilə daha geniş iqtisadi çətinliklər yarada bilər: "Xüsusilə neft və digər xammal qiymətlərinin aşağı olması, potensial ticarət pozuntuları, valyuta dəyişkənliyi, azalan investisiya axınları, inflyasiya təzyiqləri, daha sərt kredit şərtləri və sektoral təsirlər bəzi şirkətlərin fəaliyyətini zəiflədə bilər.