Icma.az
close
up
RU
Manata təhlükə XƏBƏRDARLIĞI “Neft qiymətlərinin kəskin enişi...”

Manata təhlükə XƏBƏRDARLIĞI “Neft qiymətlərinin kəskin enişi...”

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Beynəlxalq analitik mərkəzlər ABŞ-ın yeni administrasiyasının başlatdığı tarif siyasətinin qlobal iqtisadiyyata, eyni zamanda müxtəlif regionlara təsirlərinin qiymətləndirilməsinə başlayıblar. Dünya üzrə aparılan qiymətləndirmələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına da diqqət yetirilir. Belə ki, aprelin 21-də nüfuzlu beynəlxalq reytinq agentliyi Moody's ABŞ-ın idxal tariflərinin Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatlarına təsiri ilə bağlı rəsmi şərhini dərc edib. Şərhə görə, "ABŞ-ın tarifləri Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun bank və şirkətləri üçün birbaşa deyil, dolayı risklər yaradır".

Qeyd edilib ki, tariflərin region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq. Bunun səbəbi, tariflərin orta səviyyəli olması və ABŞ-ın bu ölkələrin ümumi ixracatında kiçik paya sahib olmasıdır. Əksər ixrac malları yeni tariflərdən kənarda qalacaq: "Məsələn, Qazaxıstanın Ticarət Nazirliyinə görə, ölkənin ABŞ-a ixrac etdiyi məhsulların 90faizdən çoxunu xam neft, uran, gümüş və digər xammallar təşkil edir ki, bunlar tariflərdən azaddır".

Bununla belə, Moody’s hesab edir ki, böyük iqtisadiyyatlar arasında ticarət müharibəsinin dərinləşməsi banklar və şirkətlər üçün ticarət, zəifləyən inam və makroiqtisadi vəziyyət, maliyyə bazarları olmaqla üç əsas risk kanalı vasitəsilə daha geniş iqtisadi çətinliklər yarada bilər: "Xüsusilə neft və digər xammal qiymətlərinin aşağı olması, potensial ticarət pozuntuları, valyuta dəyişkənliyi, azalan investisiya axınları, inflyasiya təzyiqləri, daha sərt kredit şərtləri və sektoral təsirlər bəzi şirkətlərin fəaliyyətini zəiflədə bilər. Bu isə yerli bankların kredit portfelinin artımını əngəlləyəcək, aktiv keyfiyyətini zəiflədəcək və mənfəətliliyi sıxışdıracaq".

Reytinq agentliyi həmçinin əlavə edib ki, qlobal ticarət axınlarında dəyişiklik region üçün, o cümlədən Azərbaycan üçün bəzi imkanlar yarada bilər: "ABŞ bazarına yönəlmiş məhsulların, məsələn, avadanlıq, metallurgiya məhsulları və tikinti materiallarının yerli bazarlarda daha əlverişli qiymətlərlə təqdim olunması ehtimalı var. Həmçinin, ABŞ-ın tarif siyasəti nəticəsində yaranacaq qlobal ticarət müharibəsi ölkələri yeni ticarət tərəfdaşları axtarmağa vadar edə bilər ki, bu da təbii ehtiyatlarla zəngin olan Mərkəzi Asiya və Cənubi Qafqaz regionuna marağı artıra bilər. Region həm də şimal-cənub və şərq-qərb istiqamətində nəqliyyat və logistika baxımından əhəmiyyətli potensiala malikdir. Xüsusilə Qazaxıstan və Azərbaycanda yük daşıma və dəmir yolu sektorları Asiya və Avropa arasında tranzit əməliyyatlarından faydalana bilər. Bu isə investisiyanın və bank kreditlərinə tələbin artmasına səbəb ola bilər. Lakin artan iqtisadi qeyri-müəyyənlik fonunda risklər yüksək olaraq qalır".

"Moody’s" aşağı neft qiymətlərinin Azərbaycan və Qazaxıstanda neft-qaz sektorlarına, gəlirləri və mənfəətliliyi azaldaraq, yeni layihələrə və kəşfiyyata investisiyanı zəiflədə biləcəyini də qeyd edib: "Yerli banklar birbaşa dövlət neft şirkətləri ilə əlaqəli olmasalar da, neft sektorunun zəifləməsi qeyri-neft iqtisadiyyatına təsir edəcək. Bu isə kiçik və orta sahibkarlıq, pərakəndə ticarət sahələrində artan bank ekspozisiyalarını risk altına alacaq".

Sənəddə Azərbaycanla bağlı ayrıca qiymətləndirmə də var. Müsbət proqnozla Ba1 kredit reytinqinə malik Azərbaycan üçün ABŞ minimum 10 faiz tarif təyin edib. ABŞ-a ixrac Azərbaycanın ümumi ixracının cəmi 0,6 faizini təşkil edir. Bununla belə, Azərbaycanda əmanətlərin 41 faizi ABŞ dollarındadır ki, bu da qonşu Ermənistan və Gürcüstandan azdır. Moody's qeyd edir ki, dollar asılılığı yüksək olan ölkələr dəyişən qlobal ticarət mühitindən əhəmiyyətli təzyiqə məruz qala bilər.

Aprel ayında neftin qiyməti aşağı düşüb, Brent və WTI qiymətləri müvafiq olaraq bir barel üçün 65 və 62 dollar civarındadır. 2025-ci ildə qiymətlərin dəyişkən qalacağı gözlənilir. Tələb olsa belə, xüsusilə OPEC+ hasilatı artırmağa davam edərsə, təklif bazar ehtiyaclarını üstələyə bilər.

Moody's qeyd edir ki, əmtəə qiymətlərinin aşağı düşməsi və qlobal tələbin azalması regionun milli valyutalarını zəiflədəcək. Tarixən onlar məzənnəni zəiflədən və böyük xarici valyutada kredit portfelinə malik banklara təzyiqi artıran xarici şoklara həssasdırlar. Valyutanın sürətli ucuzlaşması ixracı dəstəkləyə və cari hesab kəsirini azalda bilər, lakin yüksək bank dollarlaşması ilə bu, həm də daha çox itkilərə, aşağı mənfəətə və maliyyə mənbələrində dəyişkənliyin artmasına səbəb olur. Valyuta risklərindən sığortalanmayan müştərilər xüsusilə təsirlənir.

Bundan əlavə, xarici borclara xidmət xərclərinin artması korporativ sektora zərər verə bilər.

Moody's qeyd edir ki, son illər Qazaxıstan, Azərbaycan və Özbəkistan iqtisadi dayanıqlığın gücləndirilməsi və bankların dollarlaşmasının azaldılması sahəsində mühüm irəliləyiş əldə ediblər. Bölgədəki əksər ölkələr də orta iqtisadi şokları udmaq üçün buferlər yaradıblar. Korporativ sektorda dayanıqlılıq güclü maliyyə göstəriciləri, likvidlik və xüsusilə iri və dövlət şirkətləri üçün dövlət dəstəyi ilə təmin edilir.

Fitch Ratings Beynəlxalq Reytinq Agentliyinə görə, Avropa, Yaxın Şərq və Afrika regionunun inkişaf etməkdə olan bazarlarının bankları ABŞ hökumətinin tarif siyasətinin sərtləşdirilməsi və bununla əlaqədar ticarət və maliyyə sahəsində qeyri-müəyyənlik səbəbindən müxtəlif, lakin ümumiyyətlə məhdud təsirlə üzləşirlər. Bildirilir ki, təsir səviyyəsi, ilk növbədə, region ölkələrinin iqtisadiyyatlarının ABŞ-də tarif siyasətinin sərtləşdirilməsindən nə dərəcədə zərər çəkəcəyindən, o cümlədən bu ölkələrdəki banklara təsirindən, həmçinin qlobal bazarlardakı volatillik səviyyəsindən asılıdır.

Agentliyə görə, ABŞ-a ixracdan qaynaqlanan birbaşa təsir əhəmiyyətsiz olaraq qalır: "Neft ixrac edən ölkələr neft qiymətlərinin düşməsindən zərər çəkəcəklər. Bu isə qlobal iqtisadi artımın yavaşlaması səbəbindən tariflərin təsirinin dolayı nəticəsidir. Eyni zamanda ABŞ-a məhdud ixrac həcmi olan neft idxalçısı ölkələr neftin ucuzlaşmasından qismən faydalana bilərlər”.

Hesabatda qeyd olunub ki, ÜDM artım tempinin yavaşlaması da daxil olmaqla əlverişsiz iqtisadi nəticələr, adətən kreditləşmə templərinin azalması və aktivlərin keyfiyyətinin mümkün pisləşməsi vasitəsilə bank sektoruna mənfi təsir göstərir. Bundan əlavə, "riskin azaldılması" ssenarisi çərçivəsində investorların inkişaf etməkdə olan ölkələrə münasibətdə mövqeyi dəyişərsə yenidən maliyyələşdirmə riskləri və borclanma xərcləri də arta bilər.

Agentliyin analitikləri hesab edirlər ki, “MDB+” regionunda tariflərin birbaşa təsiri minimaldır, çünki ABŞ-a ixrac həcmləri məhduddur: "Ermənistan və Gürcüstan neft idxalçılarıdır, Azərbaycan və Qazaxıstan kimi ixracatçı ölkələrin banklarının isə ümumiyyətlə neft-qaz sektorundan asılılığı aşağıdır və onlar əhəmiyyətli likvidlik buferlərinə malikdirlər".

“Fitch”in məlumatına görə, yüksək xarici öhdəlikləri olan ölkələrdə, xüsusilə Özbəkistanda dövlət bankları üçün yenidən maliyyələşdirmə dəyəri arta bilər. Lakin bu risklər dövlət dəstəyi və əsasən beynəlxalq maliyyə institutları tərəfindən güzəştli şərtlərlə təqdim edilən xarici borcların uzunmüddətli xarakteri ilə kompensasiya olunur.

Reytinq agentliyi qeyd edir ki, tariflərin artırılmasından sonra ABŞ dolları bir qədər zəifləyib, lakin bu tendensiya dəyişərsə, yerli valyutaların mümkün devalvasiyası bank sisteminin dollarlaşma səviyyəsi yüksək olan ölkələrdə aktivlərin keyfiyyətini pisləşdirə bilər: "Bununla belə, əksər banklar orta səviyyəli itkilərin öhdəsindən gələ bilərlər, region ölkələrinin hökumətləri isə lazım gələrsə, milli valyutaları dəstəkləyə bilərlər".

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, agentliklərin qiymətləndirmələrinə təsir göstərən əsas faktor Cənubi Qafqaz və Mərkəzi Asiyadan ABŞ-a ixracın aşağı səviyyəsidir: “Bu, həqiqətən də tariflərin həmin bölgələrə birbaşa təsirləri aşağı edir. Lakin bu, həm də qeyd olunan bölgələrin tarif siyasətinə görə əsas istiqamətlərdən idxalın azalması nəticəsində boşalan çox əlverişli ABŞ bazarından faydalanma imkanlarını azaldan faktordur. Reallıqda hər iki region üçün tariflərin dolayı təsirləri daha böyük olacaq. Bu, ilk növbədə Azərbaycan aspektindən, neft hasilatçısı olan digər ölkələr aspektindən ziddiyyətli nəticələr yaradacaq. Tariflərin əsas əmtəə bazarlarında qiymətləri artıracağı gözlənilir - əksər analitik mərkəzlərin, iqtisadçıların rəyi bu yöndədir. Belə bahalaşma idxaldan asılı olan ölkələr, o cümlədən də Azərbaycan üçün inflyasiya təzyiqini artırmaqla yanaşı, ölkədən xarici valyuta axınının güclənməsinə səbəb olacaq. Amma digər maraqlı məqam bundan ibarətdir ki, bu bahalaşma fonunda Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin ucuzlaşması gözlənilir və artıq baş verir də. Bu da ona görədir ki, yüksək tariflər və əmtəələrin bahalaşması şəraitində alıcılıq qabiliyyəti aşağı düşəcək, istehlak azalacaq, bu isə son nəticədə enerjidaşıyıcılarına tələbatı və müvafiq olaraq da onların qiymətini aşağı salacaq. Bir sıra iri neft hasilatçısının azalan gəlirləri hasilatı və ixracı artırmaqla kompensasiya etməyə çalışaraq bazara daha çox neft çıxarması da qiymətləri aşağı çəkən əsas faktorlardan olacaq. Burada ABŞ administrasiyasının ölkədə neft istehsalını və ixracını artırmaq siyasəti, həmçinin Avropa İttifaqının ucuz neft qiymətlərində maraqlı olması da mühüm paya malikdir”.

Ekspert bildirir ki, neftin ucuzlaşması ölkədə profisitli tədiyə balansını aradan qaldırmaqla makroiqtisadi sabitlik üçün çağırışlar formalaşdırır: “Azərbaycan neftin kəskin ucuzlaşmasına 2015-ci ildəki ilə müqayisədə daha fərqli vəziyyətdədir. Doğrudur, insanların gəlirləri və ehtiyatları baxımından daha aşağı vəziyyətdəyik. Lakin ölkədə bütün qrupların valyutaya tələbi əvvəlki kimi kəskin artıracaq imkanları yoxdur. Bu isə qəfil sıçrayışların olması ehtimalını azaldır. Digər sahələrdə, xüsusilə idxaldan asılılıq, yerli istehsalın inkişafı, ixracın artımı kimi sahələrdə ciddi bir dəyişiklik yoxdur. Buna görə də neft qiymətlərinin kəskin enişi ölkə üçün ciddi problemlər formalaşdıra biləcək amil olaraq qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri