Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama Qarşıdakı 4 ildə necə olacaq?

17.09.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilib.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində yer alıb.
Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.
Bu il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью