Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama Qarşıdakı 4 ildə necə olacaq?
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi tərəfindən bu ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilib.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində yer alıb.
Proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır.
Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82 faizə çatacağı gözlənilir.
Bu il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin 2030-cu ildə 137,1 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama
05 Yanvar 2026 17:44
Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama
16 Aprel 2025 00:13
Manatın məzənnəsi dəyişəcək? Rəsmi açıqlama
29 İyul 2026 22:04
Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama
10 Mart 2026 21:24
Manatın məzənnəsi ilə bağlı vacib açıqlama Növbəti ildə...
29 Sentyabr 2026 09:22
Baxış sayı:124
Bu xəbər 17 Sentyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















