“Mançester Siti”nin ötən mövsüm gəliri 694,1 milyon funt sterlinq olub

17.12.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Mançester Siti” 2024/25 maliyyə ili üçün illik hesabatını rəsmi saytında dərc edib.

İdman.Biz bildirir ki, hesabatda ötən mövsümün gəlirinin 694,1 milyon funt sterlinq olması və klub tarixində üçüncü ən aşağı göstərici olduğu göstərilir.

“Mançester Siti” 2024/25 mövsümündə bir dənə də olsun kubok qazana bilməyib.

Hesabata görə, klub 9,9 milyon funt sterlinq zərərlə üzləşib.

Keçən mövsüm oyunçu satışından əldə edilən xalis mənfəət 95,2 milyon funt sterlinq olub ki, bu da əvvəlki mövsümdən 44 milyon funt sterlinq azdır. “Mançester Siti”nin xalis aktiv dəyəri 850 milyon funt sterlinqdən çoxdur.

Xatırladaq ki, “Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında üçüncü yeri tutub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью