“Mançester Siti”nin ötən mövsüm gəliri 694,1 milyon funt sterlinq olub
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Mançester Siti” 2024/25 maliyyə ili üçün illik hesabatını rəsmi saytında dərc edib.
İdman.Biz bildirir ki, hesabatda ötən mövsümün gəlirinin 694,1 milyon funt sterlinq olması və klub tarixində üçüncü ən aşağı göstərici olduğu göstərilir.
“Mançester Siti” 2024/25 mövsümündə bir dənə də olsun kubok qazana bilməyib.
Hesabata görə, klub 9,9 milyon funt sterlinq zərərlə üzləşib.
Keçən mövsüm oyunçu satışından əldə edilən xalis mənfəət 95,2 milyon funt sterlinq olub ki, bu da əvvəlki mövsümdən 44 milyon funt sterlinq azdır. “Mançester Siti”nin xalis aktiv dəyəri 850 milyon funt sterlinqdən çoxdur.
Xatırladaq ki, “Siti” ötən mövsüm İngiltərə Premyer Liqasında üçüncü yeri tutub.
Bu mövzuda digər xəbərlər:Mançester Siti futbolçusuna 35 milyon funt sterlinq qiymət qoydu
20 İyul 2025 22:24
Rafinya Mançester Siti nin hədəfində
21 Mart 2025 13:20
“Mançester Siti”nin əfsanəsi gedir
04 Aprel 2025 16:02
“Mançester Siti”nin hədəfindəki müdafiəçi
07 May 2025 10:43
“Mançester Siti”nin transfer hədəfi
25 Noyabr 2024 21:01
Baxış sayı:103
Bu xəbər 17 Dekabr 2025 08:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















