“Mançester Yunayted” Naqelsmann planı

12.10.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

“Mançester Yunayted” Naqelsmann planı

“Mançester Yunayted” yeni baş məşqçi axtarışlarına başlayıb.

QOL.az “indykaila News”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu vəzifəyə almaniyalı mütəxəssis Yulian Naqelsmannı gətirməyi düşünür. 

Bildirilib ki, məşqçinin nümayəndələri İngiltərə klubu ilə danışıqlara hazırdırlar.

Naqelsmannın menecerləri klubun gələcək planları ilə tanış olmaq və təklif olunan layihənin onun futbol prinsiplərinə və baxışlarına nə dərəcədə uyğun gəldiyini qiymətləndirmək istəyir. 

“Mançester Yunayted” rəhbərliyi hazırkı baş məşqçi Maykl Kerrikin komandanı uzunmüddətli inkişaf yoluna çıxara biləcəyinə şübhə edir. Bildirilir ki, Kerrikin vəzifəsində qalması üçün əsl möcüzəyə ehtiyacı var.

Qeyd edək ki, Kerrik 2026-cı ilin yanvarında “Mançester Yunayted”ə rəhbərlik etməyə başlayıb. Komanda İngiltərə çempionatında keçirdiyi 6 oyunda 6 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью