“Mançester Yunayted” Naqelsmann planı
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Mançester Yunayted” yeni baş məşqçi axtarışlarına başlayıb.
QOL.az “indykaila News”a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu vəzifəyə almaniyalı mütəxəssis Yulian Naqelsmannı gətirməyi düşünür.
Bildirilib ki, məşqçinin nümayəndələri İngiltərə klubu ilə danışıqlara hazırdırlar.
Naqelsmannın menecerləri klubun gələcək planları ilə tanış olmaq və təklif olunan layihənin onun futbol prinsiplərinə və baxışlarına nə dərəcədə uyğun gəldiyini qiymətləndirmək istəyir.
“Mançester Yunayted” rəhbərliyi hazırkı baş məşqçi Maykl Kerrikin komandanı uzunmüddətli inkişaf yoluna çıxara biləcəyinə şübhə edir. Bildirilir ki, Kerrikin vəzifəsində qalması üçün əsl möcüzəyə ehtiyacı var.
Qeyd edək ki, Kerrik 2026-cı ilin yanvarında “Mançester Yunayted”ə rəhbərlik etməyə başlayıb. Komanda İngiltərə çempionatında keçirdiyi 6 oyunda 6 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Baxış sayı:71
Bu xəbər 12 Oktyabr 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















