Mandatdan məhrum edilən deputatın DOSYESİ

01.10.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında VII çağırış Naxçıvan MR Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlu deputat mandatından məhrum edilib.
Modern.az saytı mandatdan məhrunm edilən deputatın qısa tərcümeyi-halını təqdim edir:
Abdullayev Qəzənfər İsmayıl oğlu Naxçıvan MR Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən depuat seçilib.

O, 1983-cü ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin Ümumi İqtisadiyyat fakültəsində ali təhsil alıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir. Səmərəli fəaliyyətinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı, “Yubiley döş nişanı” və “Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunub. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür. İngilis dilini bilir. Evlidir, 2 övladı var.
Q.Abdullayev Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью