Mandatdan məhrum edilən deputatın DOSYESİ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında VII çağırış Naxçıvan MR Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlu deputat mandatından məhrum edilib.
Modern.az saytı mandatdan məhrunm edilən deputatın qısa tərcümeyi-halını təqdim edir:
Abdullayev Qəzənfər İsmayıl oğlu Naxçıvan MR Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən depuat seçilib.
O, 1983-cü ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin Ümumi İqtisadiyyat fakültəsində ali təhsil alıb. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir. Səmərəli fəaliyyətinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı, “Yubiley döş nişanı” və “Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunub. Ali Məclisin Hüquq siyasəti komitəsinin üzvüdür. İngilis dilini bilir. Evlidir, 2 övladı var.
Q.Abdullayev Yeni Azərbaycan Partiyasının üzvüdür.
Baxış sayı:73
Bu xəbər 01 Oktyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















