Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 1.
Kişilərdə əsas hormon olan testosteronun maksimal səviyyəsi səhər saat 07.00-09.00 radələrində, minimal səviyyəsi isə saat 24.00-03.00 radələrində olur.
2. İnsan orqanizmi hər gün 1,7 l ağız suyu ifraz edir. 3. Spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid ola bilər. 4.
Spermatozoidin ölçüsü - 0,06 mm-dir. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyuk olur. 5.
Ürəyin çəkisi 300 qramdan bir qədər artıq, ölçüsü isə yumruqdan bir az böyük - olur. Qadınlarda ürəyin çəkisi kişilərə nisbətən az olur. 6.
1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir. 7.
İnsanın skeleti təxminən 206 sümükdən ibarətdir. 8. Dalağın uzunluğu normada 13 sm, çəkisi isə - 200 qr olur.
Müxtəlif xəstəliklərə görə böyümüş dalağın çəkisi hətta 2 kq çata bilər. Dalağın əsas vəzifəsi qanı təmizləməkdən ibarətdir. 9.