Icma.az
close
up
RU
Maraqlı anatomiya

Maraqlı anatomiya

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1. Kişilərdə əsas hormon olan testosteronun maksimal səviyyəsi səhər saat 07.00-09.00 radələrində, minimal səviyyəsi isə saat 24.00-03.00 radələrində olur.

2. İnsan orqanizmi hər gün 1,7 l ağız suyu ifraz edir.

3. Spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid ola bilər.

4. Spermatozoidin ölçüsü - 0,06 mm-dir. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyuk olur.

5. Ürəyin çəkisi 300 qramdan bir qədər artıq, ölçüsü isə yumruqdan bir az böyük - olur. Qadınlarda ürəyin çəkisi kişilərə nisbətən az olur.

6. 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.

7. İnsanın skeleti təxminən 206 sümükdən ibarətdir.

8. Dalağın uzunluğu normada 13 sm, çəkisi isə - 200 qr olur. Müxtəlif xəstəliklərə görə  böyümüş dalağın çəkisi hətta 2 kq çata bilər. Dalağın əsas vəzifəsi qanı təmizləməkdən ibarətdir.

9. Ətraf mühitdən aldığımız məlumatların 90 %-ni biz göz vasitəsilə alırıq.

10. Dad və iybilmə qabiliyyətləri bir biri ilə çox əlaqəlidir. Məhz bu səbəbdən burnumuz tutulduqda biz tək yeməklərin iyini yox, həmçinin dadını da hiss etmirik.

11. İnsanın appendiksi (kor baqırsağın soxulcanabənzər çıxıntısı) immun sisteminə aiddir.

12. İnsan beyninin orta çəkisi – 1400-1500 qr. Əvvəllər belə hesab edirdilər ki, beyinin çəkisi nə qədər çoxdursa, insan da bir o qədər zəkalı, istedadlı, qabiliyyətlidir. Lakin araşdırmaların nəticəsində məlum oldu ki, bəzi tanınmış alimlərin, yazıçıların və s. talantlı insanların beyinin çəkisi heç da çox olmayıb. Əksinə onların bəzilərinin beyinin çəkisi heç orta normaya da çatmırdı.

13. Deyirlər ki, insanın beyninin hüceyrələri başqa hüceyrələrdən fərqli olaraq bərpa olunmur. Bu səhfdir. İnsan orqanizminin bütün başqa hüceyrələri kimi beyinin hüceyrələri də bərpa olurlar.

14. İnsanın beyini mədədən fərqli olaraq qida “tələb etmir”. Lakin insan beyninin yaxşı işləməsi onun qidalanmasından çox asılıdır. Bu səbəbdən insanın qidası da çeşidli, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Bu xüsusilə yaşlı insanlar üçün çox vacibdir.

15. Kiçik ölçülərinə baxmayaraq beyin əsl “qarınqulu”dur. Fəal şəkildə işləyən beyin insanın orqanizminə daxil olan qıdalı maddələrin təqribən 25%-ni “yeyir”. Məhz buna görə əqli fəaliyyətlə məşğul olduqdan bir qədər sonra insan güclü aclıq hiss edə bilər.

16. İnsan beyninin normal işləməsi üçün kifayyət qədər qlükoza lazımdır. Orqanizmdə qlükozanın miqdarı kəskin azaldıqda insan hətta komaya düşə bilər.

17. İnsan orqanizminin ən xırda sümükləri qulaqda yerləşir. Onların çəkisi – 0,05 qr.

18. İnsanın boyatma prosesi təxminən 24 yaşında qurtarır. Axşam saatlarında insanın boyu 1-2 sm azalır, səhər isə öz normasına qayıdır.

19. Onurğa beyninin uzunluğu təxminən 40-42 sm təşkil edir.

20. İnsan orqanizmində 600 əzələlə var.

21. İnsan sümüyünün 50%-ini su təşkil edir.

22. Sinir impulsunun sürəti 1 saniyədə 120 m-dir.

23. Eritrositlər - 120 gün, trombositlər – 10-14 gün, limfositlər – 2 gün, leykositlər – 8-10 saat yaşayırlar.

24. İnsan mədəsinin həcmi təxminən 1,5-2 l təşkil edir. Gun ərzində mədədə təxminən 1,5 l mədə sirəsi hazırlanır.

25. Qida borusunun uzunluğu – təxminən 25 sm, diametri – 2,5 sm təşkil edir.

26. 1 gün ərzində 1 ml göz yaşı ifraz olunur. Ağlayan zaman 10 ml qədər göz yaşı (2 çay qaşığı) ifraz olunur.

27. Nazik bağırsaqın uzunluğu -  6-6,5 m, yoğun bağırsağın – 1,5-1,8 m təşkil edir.

28. Qadının həyatı boyu yumurtalıqlarında təxminən 400 follikul (1 il ərzində 13 follikul) yetişir.

Saglamolun.Az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri