Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiya ABŞ və Çin arasında "tarif müharibəsi"nin mümkün nəticələrindən narahatdır".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
"ABŞ və Çin arasında baş verən, necə deyərlər, "tarif müharibəsi" ilə əlaqədar qeyd etmək istərdik ki, dünyanın iki əsas iqtisadiyyatı arasında baş verən vəziyyət ciddi narahatlıq doğurur.
Onlardan biri bizim çoxillik ən böyük xarici ticarət tərəfdaşımızdır", - deyə Rusiya XİN sözcüsü bildirib.
O, Moskvanın hadisələrin inkişafını diqqətlə izlədiyini vurğulayıb.
"Mümkün nəticələri hərtərəfli təhlil edəcəyik və əlbəttə ki, ölkəmiz üçün potensial zərərin minimuma endirilməsi üçün tədbirlər görəcəyik", - deyə Zaxarova bəyan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.