Mariya Zaxarova: ABŞ və Çin arasında tarif müharibəsi narahatlıq doğurur
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Rusiya ABŞ və Çin arasında "tarif müharibəsi"nin mümkün nəticələrindən narahatdır".
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova brifinqdə bildirib.
"ABŞ və Çin arasında baş verən, necə deyərlər, "tarif müharibəsi" ilə əlaqədar qeyd etmək istərdik ki, dünyanın iki əsas iqtisadiyyatı arasında baş verən vəziyyət ciddi narahatlıq doğurur. Onlardan biri bizim çoxillik ən böyük xarici ticarət tərəfdaşımızdır", - deyə Rusiya XİN sözcüsü bildirib.
O, Moskvanın hadisələrin inkişafını diqqətlə izlədiyini vurğulayıb.
"Mümkün nəticələri hərtərəfli təhlil edəcəyik və əlbəttə ki, ölkəmiz üçün potensial zərərin minimuma endirilməsi üçün tədbirlər görəcəyik", - deyə Zaxarova bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 09 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















