Marketlərdəki İran məhsulları təhlükəlidir? Ekspert AÇIQLADI | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. İnsanlar əsasən ucuz satılan İran məhsullarına üstünlük verirlər.
Xüsusilə yağlar, şirniyyatlar və konfetlər bu baxımdan daha çox seçilir. Bəs bu məhsullardan istifadə etmək nə dərəcədə təhlükəsizdir?
Qida eksperti Asim Vəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, son dövrlər marektlərdə, dükanlarda ucuz qiymətə, üzərində farsca yazılar olan müxtəlif İran mənşəli qidaların sayı artıb: "Xüsusilə bitki yağları, konfetlər və şirniyyatlara böyük maraq var.
Qiymət cəlbedicidir. Amma bu məhsulların tərkibi, istehsal şəraiti və təhlükəsizlik səviyyəsi barədə ciddi suallar yaranır.
Qida təhlükəsizliyi o deməkdir ki, məhsul insan sağlamlığına zərər verə biləcək mikroorqanizmlər, kimyəvi qatqılar və ya toksinlərdən təmiz olmalıdır.
Bu da yalnız laborator nəzarət və sertifikatlaşdırılmış istehsal müəssisələrində mümkündür.
Bir çox hallarda İran mənşəli bəzi ucuz məhsullar bu standartlara cavab vermir.
Məsələn, yağ məhsullarının bir hissəsi rəsmi yoxlamalardan keçmədiyi üçün onların tərkibində trans yağların miqdarı normadan artıq olur.
Tam oxu
Xəbəri oxu