Icma.az
close
up
RU
Marketlərdəki İran məhsulları təhlükəlidir? Ekspert AÇIQLADI

Marketlərdəki İran məhsulları təhlükəlidir? Ekspert AÇIQLADI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

İnsanlar əsasən ucuz satılan İran məhsullarına üstünlük verirlər. Xüsusilə yağlar, şirniyyatlar və konfetlər bu baxımdan daha çox seçilir.

Bəs bu məhsullardan istifadə etmək nə dərəcədə təhlükəsizdir?

Qida eksperti Asim Vəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, son dövrlər marektlərdə, dükanlarda ucuz qiymətə, üzərində farsca yazılar olan müxtəlif İran mənşəli qidaların sayı artıb:

"Xüsusilə bitki yağları, konfetlər və şirniyyatlara böyük maraq var. Qiymət cəlbedicidir. Amma bu məhsulların tərkibi, istehsal şəraiti və təhlükəsizlik səviyyəsi barədə ciddi suallar yaranır. Qida təhlükəsizliyi o deməkdir ki, məhsul insan sağlamlığına zərər verə biləcək mikroorqanizmlər, kimyəvi qatqılar və ya toksinlərdən təmiz olmalıdır. Bu da yalnız laborator nəzarət və sertifikatlaşdırılmış istehsal müəssisələrində mümkündür. Bir çox hallarda İran mənşəli bəzi ucuz məhsullar bu standartlara cavab vermir. Məsələn, yağ məhsullarının bir hissəsi rəsmi yoxlamalardan keçmədiyi üçün onların tərkibində trans yağların miqdarı normadan artıq olur. Trans yağlar uzunmüddətli istifadədə damar tıxanması, ürək-damar xəstəlikləri kimi bir sıra sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bəzi hallarda bu yağlar təbii deyil, texnoloji yollarla ucuz xammalın hidrogenləşdirilməsi nəticəsində hazırlanır".

Onun sözlərinə görə, şirniyyat və konfetlərdə isə əsas təhlükə qida boyaları, aromatizatorlar və şəkər siropunun keyfiyyəti ilə bağlıdır.

"Standartlara uyğun olmayan boya və aromatik maddələr allergiya, mədə-bağırsaq pozğunluğu və uşaq orqanizmində hormonal tarazlığın dəyişməsinə gətirib çıxara bilər. Bəzi laborator analizlər göstərir ki, qeyri-sertifikatlı şirniyyatlarda süni dadlandırıcıların normadan artıq dozası istifadə olunur. Bu isə uzunmüddətli istehlakda qaraciyər və sinir sisteminə zərər verə bilər. 

Mənim fikrimcə, məhsulun qiyməti onun təhlükəsizlik göstəricisi deyil. Amma diqqətdən qaçırmayaq ki, ucuz məhsulların arxasında çox vaxt keyfiyyətsiz xammal və nəzarətsiz istehsal prosesi dayanır. Əgər bir yağ və ya konfet bazar qiymətindən iki dəfə ucuzdursa, deməli ya xammalın keyfiyyəti aşağıdır, ya da məhsul düzgün saxlanılmayıb.

Məsələni daha ciddi edən başqa bir amil isə etiket problemidir. Əgər məhsulun üzərində tərkib fars dilində yazılıbsa və Azərbaycan dilində etiket yoxdur, bu məhsul aidiyyəti üzrə qeydiyyatdan keçməyib deməkdir. Belə məhsulları almaq risklidir. Onların mənşəyi, saxlanma müddəti və sanitar şəraiti haqqında məlumat yoxdur. Məhsul seçərkən Azərbaycan dilində məlumat və idxal icazəsi olmalıdır. Yağ və şirniyyat sərin, kölgəli yerdə saxlanmalıdır. Nəzərə almalıyıq ki, qablaşdırma pozulubsa, zədələnmiş və ya hava buraxan qablar bakteriya mənbəyidir", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:711
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri